15 iyun – Milli Qurtuluş günüdür!

1997-ci ilin 15 iyun tarixindən bayram edilən, 1998-ci ildən isə dövlət bayramı statusu alaraq hər il rəsmi bayram kimi qeyd edilən 15 iyun xalqımızın Milli Qurtuluş günüdür.

Bu şanlı tarix səhifəsini yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan – Heydər Əliyevdir.

1991-ci ilin oktyabr ayında Azərbaycan yenidən öz müstəqilliyini əldə etdikdən sonra Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirirdi.

Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri olmuş (1969-1982), daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Məhz buna görə də tariximizə Milli Qurtuluş kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir.

Xalqımızı Milli Qurtuluş günü münasibətilə təbrik edir, dövlətimizə əbədi və sarsılmaz müstəqillik arzulayırıq.

Rotavirus nədir? -Çirkli əllər xəstəliyi

Rotavirus infeksiyası – qastroenteritin kəskin formalarından biri olub, rotaviruslar tərəfindən törədilir.

Daha çox altı ayından iki-üç yaşına qədər körpələrin yoluxduğu bu bağırsaq infeksiyası əhalinin bütün yaş qruplarında xəstəlik törədə bilir.

Rotaviruslar əsasən məişət əlaqələri nəticəsində çirkli əllər, yaxşı yuyulmamış qidalar, su vasitəsilə fekal-oral yolla yoluxmasına baxmayaraq, bəzi hallarda hava-damcı yoluyla da yayıla bilir. Həmin virusun törətdiyi infeksiyaya bəzən “çirkli əllər xəstəliyi” deyilir.

 

Əlamətləri

 

Xəstəliyin inkubasion dövrü 1 gündən 5 günə qədər davam edir. Qarında kəskin tutmaşəkilli ağrılar, ürəkbulanma, gün ərzində 3-4 dəfə qusma, iştahanın itməsi, sulu ishal, susuzlaşma əlamətləri, qıcolma və huşun itməsi kimi hallarla özünü büruzə verir.

Profilaktika

 

Rotaviruslara yoluxmanın qarşısını almaq üçün əllər tez-tez yuyulmalı, uşağa yalnız qaynadılmış su verilməli, meyvə-tərəvəz axar su altında təmiz yuyulmalı, göyərtilər təmiz yuyulduqdan sonra sirkəli suda saxlanmalı, uşaq kollektivlərində daim təmizlik üçün tədbirlər görülməlidir.

 

 

 

 

Dietologiya

Dietologiya bölməsi sağlam insanın  düzgün qidalanmasıyla bağlı bütün məsələlərlə, həmçinin müxtəlif xəstəliklərdən  əziyyət çəkən və xüsusi qidalanmaya ehtiyacı olan bir qrup insanların qidalanmasıyla məşğul olur. Şöbənin işi, insan sağlamlığını möhkəmlədən faktorların ayrılmaz bir hissəsinin qidalanma olmasının tam anlayışında əsaslanır. Dietologiya bölməsi artıq çəkini təhrik edən xəstəliklərin diaqnostikası  və müalicəsilə  ilə məşğul olur. Dietologiya sadəcə yemək haqqında elm yox, artıq çəkinin səbəblərini(endokrinoloji problemlər, kardioproblemler,qastroentroloji  problemlər və s.) əks etdirən daha dərin anlayışdır.

Sağlamlığınızı bizim klinikanın həkimlərinə əmanət edə bilərsiniz.

Həkim -Endokrinoloq-Dietoloq .Məmmədova Nazənin.

Suyun düzgün qaynadılması QAYDALARI

Su həyatdır. Sağlam olmaq istəyən insan hər gün kifayət qədər adi təmiz su içməlidir.

Suyu heç bir digər mayelərlə – çay, müxtəlif içkilər və s. əvəz etmək olmaz.

Gündəlik istifadə etdiyimiz içməli suyun tərkibində bəzi ziyanlı maddələr var – xlor, ağır metalların duzları, mikroblar və s. Özünüzü və uşaqlarınızı sağlamlıq problemlərindən sığortalamaq istəyirsinizsə yalnız qaynadılmış su için. Lakin suyun qaynadılmasının da öz qaydaları var. Bu qaydalara əməl etməklə siz suyu daha təmiz və ziyansız edəcəksiniz.

1. Suyu krandan şüşə balona doldurun və 6-7 saat saxlayın. Balonun dibində çöküntü əmələ gələcək.

Daha sonra suyun 3/4 hissəsini çox ehtiyatla çaydana tökün. Nəticədə suda xlor birləşmələri və ağır metalların miqdarı azalır.

2. Suyu qaynadın. Mütəxəssislər suyu elektrik çaydanda qaynatmağı tövsiyə etmir. Suyu orta odda 5 dəqiqə ərzində qaynatmaq lazımdır. Qaynadıqdan sonra su ziyanlı mikroblardan təmizlənir.

Suyu uzun müddət ərzində qaynatmayın. Əgər suyun miqdarı xeyli azlıbsa, bu suyu istifadə etməyin. Belə suyun tərkibində ziyanlı birləşmələrin konsentrasiyası artmış olur.

Diqqət! Krandan gələn suyun rəngi dəyişilibsə, su bulanıqdırsa, sudan hər hansı qoxu gəlirsə, belə sudan içmək üçün istifadə etməyin!

Ramazana özəl sünnət aksiyası

İki gün davam edəcək bu aksiyada uşaqlar sırf aztəminatlı ailələr içərisindən seçiləcəkdir.

Klinikamızın Baş Həkimi İlqar Yusubov  bu aksiyanın mütəşəkkil keçirilməsi üçün lazimi tapşırıqları artıq  verib.

Dr.İlqar Yusubov və onun əməkdaşları tərəfindən uşaqlara ambulator baxış keçirildikdən sonra “sünnət” əməliyyatı həyata keçiriləcəkdir.

 

 

 

 

 

 

 

 

 

 

Lazer epilyasiyası nədir?

Lazerli epilyasiya bədəndəki istənməyən tükləri ağrısız və dəriyə zərər vermədən yox edən qalıcı bir üsuldur. Xüsusi olaraq seçilən dalğa boyundakı lazer şüaları ət kökündə olan melanın pigmentini hədəf alar. Lazer şüasını əmən melanın pigmenti istilənər və ət kökü təxrib olar. Tüklərdəki melanın dəridəkinə görə daha konsentrədir. Bu da dərinin zərər görməsini önləyər. Lazerli epilyasiyadan təsirli nəticə ala bilmək üçün ən az 4 seans nizamlı olaraq davam etmək lazımdır. Seans sayı, dəri tipinə və tüklərdəki sıxlıq və rəngə görə dəyişər. Lazerli epilyasiyala uyğun inkişaf etmiş tüklər yox edildiyi üçün bu mərhələyə gəlməyən tüklərüçün uyğun mərhələ gözlənilər. Bu da seans sayının artmasına səbəb ola bilər. Dəri rəngi açıq, tükləri tünd olan kəslərdə olduqca sürətli və müvəffəqiyyətli nəticələndirər əldə edilməkdədir.

Həkim-kosmetoloq Şamxalova Günel

“Uşaqlarda göz müayinəsi”

Klinikamızın Oftalmoloqu Dr.  Cümşüdova Əsmər: “Uşaqlarda göz müayinəsi”

“Uşaqlarda göz müayinəsi ilk nə zaman aparılmalıdır?

– Uşaqlarda ilk göz müayinəsi ilk doğulan anda doğum otağında uşaq həkimi tərəfindən aparılmalıdır. Əgər şübhəli durum varsa, dərhal göz həkimi tərəfindən tam müayinə olunmalıdır. Qalan hallarda bir problem olmazsa belə ilk 1,3, 5 və 7 yaşlarda göz müayinəsi aparılmalıdır.

  • Uşaqlarda ən çox rast gəlinən göz xəstəlikləri;
  • Gözün qırpma qüsurları (miopiya,hipermetropiya və astiqmatizm);
  • Çəplik;
  • Göz tənbəlliyi;
  • Ptoz;
  • İltihabi xəstəliklər;
  • Burun-göz yaşı kanal tutulmaları;
  • Göz içi xəstəliklər;
  • Anadangəlmə katarakta və s.

Uşaqlarda göz xəstəliklərinin əlamətləri:

  • Gözləri qıymaq,
  • Televizora yaxından baxmaq,
  • Cisimləri gözə yaxın tutmaq,
  • Çəplik,
  • Gözlərin qızarması,sulanması,
  • Göz qapaqlarının şişməsi,
  • Baş ağrısı və s.

Yuxarıda sadalanan hallar olarsa göz həkiminə müraciət edin!

– Uşaqlarda göz müayinəsi böyüklərə nisbətən bir az çətinliklər törədir. Uşaqların göz müayinəsini əvvəl cizgi filimləri göstərməklə sakit vəziyyətdə aparırıq. Çıxılmaz hallarda anestezioloji tədbirlərə müraciət edirik.

Bütün uşaqlara aydın və yüksək görmə arzulayıram!”

 

1 2
wordpress themes nulled | premium nulled themes | wordpress themes download